“Təhsil pulsuz olmalıdır...” – Makronun universitetləri pullu etmək niyyəti tənqid edildi

“Təhsil pulsuz olmalıdır...” – Makronun universitetləri pullu etmək niyyəti tənqid edildi
Seçkilərə bir neçə ay qalmış Emmanuel Makron gözlənilmədən Fransada ali təhsil sistemində islahatların aparılması ilə bağlı qanun layihəsini təqdim etdi - xüsusən də o, pulsuz təhsildən, demək olar ki, imtina etməyi və universitet təhsilini daha “peşəkar” səviyyəyə qaldırmağı təklif edir.
 
Moderator.az bu barədə Fransanın “Le Figaro nəşrinə istinadə xəbər verir. Nəşr qeyd edir ki, prezidentlik yarışında rəqibləri Makronun “gənclər əleyhinə” strategiyasını tənqid etməkdən çəkinməyib, onu qeyri-ardıcıllıqda ittihamlandıraraq təhsil islahatlarına dair öz variantlarını təklif ediblər.
 
Fransa prezidenti Emmanuel Makron universitet sistemində ali təhsilə praktiki olaraq pulsuz çıxış prinsipinə yenidən baxılmasını təklif edən “sistemli” islahat haqqında qanun layihəsini təqdim edib, - deyə “Le Figaro” yazır. Prezident seçkilərinə üç ay qalmış dövlət başçısının bu qərarı tamamilə gözlənilməz və digər fransız siyasətçilərin kəskin tənqidinə səbəb olub.

Yanvarın 13-də Universitet Prezidentləri Konqresinin bağlanışında Makron bildirib ki, Fransa universitetlərdə, demək olar ki, heç bir tələbənin təhsil haqqını ödəmədiyi mövcud sistemi uzunmüddətli perspektivdə saxlaya bilməyəcək. Onların üçdə biri təqaüd alır, bir çoxu isə təhsilini yarımçıq qoyur. Üstəlik, dünyanın digər ölkələr ilə müqayisədə dövlət büdcədəki pula daha çox güvənən bu modeli maliyyələşdirməkdə çətinlik çəkir. Fransa lideri həmçinin birinci ildə "tələbələrin yalnız 50 faizinin imtahanlara gəldiyini" "qəbuledilməz israfçılıqadlandıraraq pisləyib.
 
Solçuların qəzəbli reaksiyası çox gecikmədi: nəşrin qeyd etdiyi kimi, prezident təhsil üçün qeydiyyat haqqını artırmaq, Fransa universitetlərini anqlo-sakson üsulu ilə “özəlləşdirmək” və ali təhsili liberal prinsiplər əsasında təşkil etmək istəyinə görə tənqid edilib. Fransa Tələbələrin Milli Birliyinin (UNEF) prezidenti Melani Lüs bazar ertəsi Makronun cari beşillik planı siyasətinin nəticələrini pislədi - bu siyasətin əsas nəticəsi abituriyentlərin universitetlərə daxil ola bilməsinə kömək edəcək Parcoursup xüsusi platformasının yaradılması oldu. Lüsün izah etdiyi kimihər il 91000 insan bakalavrlığa daxil ola bilmirBundan əlavə, son vaxtlar əcnəbi tələbələr üçün də ödənişlər artıb. “Təhsil intellektual, həmrəy, öz bacarıqlarını reallaşdırmağa və həyata keçirməyə yönəlmiş cəmiyyətin mərkəzində yerləşir. Tibb kimi təhsil də pulsuz olmalıdır”, - deyə ekoloqlardan prezidentliyə namizəd Yannik Jado şərh edib. Siyasətçi Emmanuel Makronu “V Respublikanın ən anti-gənclik prezidenti” adlandırıb.
 
Fransada seçkilər ərəfəsində bir tərəfdən demokratikləşmə və vətəndaş mövqeyi tərbiyəsində mühüm elementi sayılan hamıya və hər kəsə açıq olan azad universitet tərəfdarları, digər tərəfdən isə ixtisaslaşmaya daha çox diqqət yetirən daha seçici və muxtariyyat sistemi tərəfdarları arasında əbədi mübahisə yenidən başlayıb. Uzun müddət üstünlük birincilərin tərəfində idilakin ikincilər ilk döyüşlərini 2007-ci ildə Sarkozinin prezidentliyi dövründə təhsil naziri Valeri Pekressin universitetlərin muxtariyyəti haqqında qanunu dəstəkləməsi ilə qazandılarOnların səsləri praqmatizmi dəstəkləyən və Parcoursupunhökmranlığına” yol açan Makronun dövründə daha da yüksəldiMəqalədə qeyd edilir kibu sadə universitetlərə yerləşdirmə proqramı əslində fakültələrə namizədləri “çeşidləmək” imkanını verir.
 
Gələcəkdə Emmanuel Makron siyasətini davam etdirmək istəyir və universitet təhsilini dahapeşəkar” etməyi planlaşdırırOhəmçinin demokratizmə cavabdeh olan universitetlərdə və elmi-tədqiqat institutlarında “elitanın yetişdirilməsi” modelinə son qoymaq niyyətindədirOnun fikrincə, belə bir sistem öz faydasını itiribdirLakin bu cür səs-küylü bəyanatlar istisna olmaqlaprezidentinnövbəti 10 il üçün” strategiyası kifayət qədər dumanlı qalır, - deyə nəşr bildirir.
 
Dövlət başçısı gələcəklə bağlı planlarla yanaşı, sağçı rəqibi Valeri Pekressin də diqqətini cəlb edən 5 illik prezidentlik fəaliyyətinə yekun vurdu. Le Figaro respublikaçı namizədin sözlərindən sitat gətirib: Namizəd Makronun prezident Makronun etdiklərinin tam əksini vəd etdiyini eşitmək dəhşətlidir. Mən təhsil naziri olanda islahatlar da var idi, vəsait də, amma artıq beş ildir ki, nə islahat var, nə də vəsait”. Pekress hesab edir ki, universitet muxtariyyətinin “ikinci mərhələsinə” keçməyin vaxtı çatıb ki, bu da onlara tərəfdaşlar və maliyyə vəsaiti axtarmağa imkan verəcək. Eyni zamanda, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyü, dövlətin ali məktəblərlə bağlı öhdəliklərindən imtina etdiyi bir vaxtda prezidentin qeydiyyat haqqının artırılması ilə bağlı söhbət açması, onun fikrinə görə, “təxribatdır”.
Tarix: 21-01-2022, 15:13
Xəbəri paylaş





Xəbər lenti