“Rusiya Ukrayna hökumətini devirə bilər” - Blinken


 
 
“Rusiya Ukraynada sabitliyi pozmaq üçün müxtəlif addımlar ata bilər, onlardan biri də Ukrayna hökumətinin devrilməsidir”.
 
Ovqat.com xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra Reuters agentliyinə verdiyi açıqlamasında bildirib. 
 
O qeyd edib ki, Rusiyanın Ukrayna ilə bağlı planlarından bəzilərində hərbi müdaxilə nəzərdə tutulmur: “Bunlardan biri də ölkədə sabitliyi pozaraq hökuməti devirməkdir”.
 
Dövlət katibi Rusiya silahlı qüvvələrinin hazırda Belarusda keçirdiyi hərbi təlimləri də xatırladıb. Blinkenin sözlərinə görə, Rusiya qoşunlarının böyük konsentrasiyası Belarusu Ukraynanın işğalı üçün yeni tramplinə çevirir.
 
“Bu, Kremlə prezident Putin istədiyi an cənubdan, şərqdən, şimaldan, Ukraynaya hücum etmək imkanı verəcək”, - deyə o bildirib.
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Blinkenlə görüşdən sonra Rusiyanın Ukraynaya hücum etmək fikrində olmadığını və heç kimi təhdid etmədiyini bird aha təkrarlayıb.



Tarix: 21-01-2022, 22:59
Xəbəri paylaş





Xəbər lenti