Nazarbayevin vəzifədən çıxmış kürəkəni Tokayevlə görüşdü...-GÖZLƏNİLMƏZ

Nazarbayevin vəzifədən çıxmış kürəkəni Tokayevlə görüşdü...-GÖZLƏNİLMƏZ
Kütləvi ölümlərlə başa çatan genişmiqyaslı etirazlardan sonra Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin kürəkəni respublikanın hazırkı rəhbəri Qasım-Jomart Tokayevlə görüşüb.
 
Siam.az  xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” telegram-kanalı məlumat yayıb
 
"Timur Kulibayevin Tokayev və qazaxıstanlı iş adamları ilə görüşdüyü dəqiqləşdirilir. O, bundan əvvəl "Atameken" Milli Sahibkarlar Palatasının rəhbəri vəzifəsində çalışıb"- xəbərdə belə deyilir.
 
30 illik eks-prezidentin bu günlərdə  vəzifəsindən istefa vermiş yaxın qohumu ilə hazırkı Qazaxıstan prezidenti arasında görüşün hansı məqsəd daşıdığı və nə ilə nəticələndiyi haqda hələlik məlumat verilmir.Moderator.az

Tarix: 22-01-2022, 09:27
Xəbəri paylaş





Xəbər lenti