Ukraynadakı ağlasığmaz inflyasiyada koronavirus və Putin günahkardır...

Ukraynadakı ağlasığmaz inflyasiyada koronavirus və Putin günahkardır...
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri, Kiyev İqtisadiyyat Məktəbinin direktoru Timofey Mılovanov bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada, o cümlədən digər dövlətlərlə müqayisədə bu prosesdə unikal olmayan Ukraynada da inflyasiya artımı baş verir.
 
Moderator.az bildirir ki, “Novin 24” telekanalının məlumatına görə, bununla belə Milovanov əlavə edib ki, Vladimir Putin insanlara təzyiq göstərib qorxutmaqla taktiki olaraq Ukraynada inflyasiyanın bir qədər də yüksəlməsinə kömək edir.

Kiyev İqtisadiyyat Məktəbinin direktoru, prezident aparatı rəhbərinin müşaviri Timofey Mılovanov bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada ağlasığmaz inflyasiya baş verir və Ukrayna bu prosesdə digər dövlətlərlə müqayisədə unikal deyil. Bununla belə, Mılovanov hesab edir ki, Rusiya prezidenti də Ukrayna iqtisadiyyatına neqativ təsir göstərir.
 
“Vladimir Putin təzyiq göstərərək insanları qorxutmaqla inflyasiyanın bir az da yüksəlməsinə taktiki olaraq kömək edir”, - deyə Milovanov vurğulayıb. O izah edib ki, isteriya davam edərsə, bütün investorlar qorxuya düşəcək, kapitala çıxış məhdudlaşacaq və iqtisadiyyata təsir mənfi olacaq. Onun fikrincə, daha sakit reaksiya verilsə və vəziyyətə nəzarət edilsə, o zaman iqtisadiyyata təsir azalacaq, investisiya isə çoxalacaq.
Tarix: 22-01-2022, 15:03
Xəbəri paylaş





Xəbər lenti