“Əgər ABŞ-ın cavabı Rusiyanı qane etməsə...” - Moskva da Vaşinqtonu “ciddi qərar”la hədələyir



“ABŞ təhlükəsizliklə bağlı təkliflərə yalnız gələn həftə yazılı cavab verəcək. Lakin bu cavab Moskva üçün məyusedici olsa, ciddi siyasi qərar veriləcək”.
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov “Rossiya 24” telekanalına müsahibəsində deyib.
Nazir müavini bildirib ki, hələlik tələsik nəticələr çıxarmaq tezdir və ABŞ-ın cavabını gözləmək lazımdır. O, əlavə edib ki, Rusiya münaqişə yaratmaq, kiməsə hücum etmək, kimisə hədələmək istəmir və sadəcə, öz maraqlarını qoruyur.
Xatırladaq ki, ötən gün Rusiya Xarici İşlər naziri və ABŞ Dövlət katibi arasında Cenevrədə görüş keçirilib. Demək olar ki, hər iki tərəf görüşün nəticələri barədə pessimist açıqlamalar verib.sung R9 Inpage
Buna baxmayaraq, ABŞ tərəfi Rusiyanın təhlükəsizlik tələblərilə bağlı müraciətinə yazılı cavab verməyə razı olub. Hansı ki, daha əvvəl belə bir yazılı cavabın verilməyəcəyi deyilirdi.
Rusiyanın hədələrinə Ağ Evin mətbuat katibi Ceyn Psaki cavab verib. Psaki deyib ki, ABŞ-ın yazılı cavabında Vaşinqtonun Rusiyanın hərəkətlərindən narahatlığı və qarşılıqlı müdafiə hissinin möhkəmləndirilməsi barədə təkliflər yer alacaq: ”Biz şəffaflığı artırmalı, riskləri azaltmalı, silahlar üzərində nəzarəti və qarşılıqlı etibarı gücləndirməliyik”.
Bu arada ABŞ-ın “The Washington Post” qəzeti öz mənbələrinə istinadla yazıb ki, ABŞ tərəfi rusiyalı diplomatlardan rəsmi Vaşinqtonun təhlükəsizlik tələblərinə veriləcək yazılı cavabın ictimailəşdirilməməsini xahiş edib. Lakin Rusiya tərəfinin bu xahişə cavabı hələ ki, bəlli deyil.
Tarix: 22-01-2022, 15:04
Xəbəri paylaş





Xəbər lenti