Şərqi Azərbaycan vilayətində 400 məhbus xeyriyyəçilərin yardımı ilə sərbəst buraxılıb

Bu il Şərqi Azərbaycan vilayətində ehtiyatsızlıqdan törədilmiş cinayətlərlə bağlı məhkum olmuş təqribən 400 məhbus xeyriyyəçi iş adamlarının yardımı ilə sərbəst buraxılıb.
İSNA xəbər agentliyi bu haqda Şərqi Azərbaycan Ədliyyə İdarəsinə istinadən məlumat yayıb. Agentlik yüzlərlə məhbusun borcunun xeyriyyəçilər tərəfindən ödənildiyini bildirib.
Ədliyyə İdarəsinin rəisi Musa Xəlilullahinin sözlərinə görə, 1400-cü hicri ilində (keçən 10 ay ərzində) xeyriyyəçi iş adamlarının ayırdığı 12 milyard tümən yardım ilə vilayətdə ehtiyatsızlıqdan törədilmiş cinayətlərdən dolayı məhkum olmuş 395 məhbus azad edilib.
Xəlilullahi deyib ki, “hazırda Şərqi Azərbaycan vilayətinin həbsxanalarında borcu 300 milyon tüməndən az olan məhbus qalmayıb.”
Amerikanın səsi
Tarix: 24-01-2022, 09:04
Xəbəri paylaş





Xəbər lenti