Putin yaratdığı geosiyasi nəticələr

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Britaniyanın oyuna girməsi hansı perspektivləri vəd edir?
Putinin zorakılığa dayalı, xalqların iradəsi ilə hesablaşmayan və özünü təcrid siyasəti geosiyasi reallıqları Rusiyanın əleyhinə kəskin şəkildə dəyişməkdədir. Ukraynananın işğalı təhdidi gündəmə gələndən sonra Rusiya ilə münasibətlərdə fərqli maraqları olan və yekdil mövqe göstərə bilməyən Qərb ölkələri NATO şəmsiyyəsi altında yenidən birlik nümayiş etdirirlər. Halbuki Qərb blokunda Fransa və Almaniyaniya Rusiyaya qarşı vahid strategiya həyata keçirməyə mane olur, Avropa Birliyinin öz ordusunu yaratmaq ideyasını dəstəkləməklə NATO-nu önəmini azaldırdılar. Hətta NATO – nun vaxtı keçdiyi, soyuq müharibə dönəminin qalığı olduğu barədə fikirlər də səslənirdi.
İndi isə vəziyyət tam əks istiqamətdə dəyişib və NATO, ABŞ-n liderliyində toparlanaraq soyuq müharibə dönəmində olduğu kimi Qərbin hərbi strateji maraqlarını təmsil edir. Bu Putinin strateji səhvinin nəticəsidir və bu səhv üzündən indi Rusiya təkcə Ukrayna ilə deyil, həm də dünya ilə üz – üzə qalıb.
Putininin hərbi aqressiyasının və işğal təhdidinin nəticəsi olaraq bu gün Ukrayna Rusiyaya qarşı hərbi baxımdan dəstəklənir. Bu dəstək nəticəsində Rusiya Ukraynanın hərbi baxımından öz potensialından daha artıq güclənməsinə və davamlı hərbi yardımlarla təmin olunmasına zəmin yaradıb. Halbuki Putin Kırım və Donbası əldə saxlamaqla kifayətlənib daha təmkinli davransaydı, Ukrayna Qərbdən indiki qədər böyük hərbi dəstək də ala bilməyəcəkdi. Hərbi baxımdan güclü və dünyanın dəstəyini əldə etmiş Ukrayna indi Rusiyanın təhdidlərinə daha çox müqavimət göstərmək gücündədir və bu gücünü də getdikcə artırmaqdadır.
Və ən nəhayət İngiltərənin xarici işlər naziri Elizabeth Meri tərəfindən dəstəklənən İngiltərə, Polşa və Ukrayna hərbi İttifaqının yaradılması ideyası, məhz Rusiyaya qarşı yönəlmiş yeni güc mərkəzi yaratmaq təşəbbüsü kimi qəbul edilə bilər. Bu Britaniyanın hərbi baxımdan müstəqil oynçu kimi yenidən beynəlxalq siyasətə dönməsinin anonsu olmaqla yanaşı, Avropanın təhlükəsizliyinin təmin olunmasında əsas söz sahiblərindən birinə çevrilməsinin də yolunu açır. Öz təhlikəsizlik doktrinasında Çinlə bərabər Rusiyanı əsas düşmən kimi təqdim edən İngiltərənin Ukrayna ilə birgə hərbi ittifaqa girməsi, hərbi strateji balansın Rusiyanın əleyhinə dəyişməsi və Putinin geosiyasi iddialarının birdəfəlik önünün kəsilməsi demək olardı. İlk olaraq AUKUS (ABŞ, İngiltərə, Avstraliya) ittifaqında hərbi iddialarını ortaya qoyan Britaniyanın Rusiya ilə açıq hərbi rəqabətə başlaması, Putininin istədiyi vaxt oyunu bitirmək şansını da əlindən alır. Bu isə geosiyasi rəqabət genişlənərək postsovet məkanını tam əhatə etməsi və prosesin Rusiyanın Qafqaz və Mərkəzi Asiyadan sıxışdırılıb çıxarılmasınadək davam etməsi deməkdir.
Tarix: 24-01-2022, 22:22
Xəbəri paylaş





Xəbər lenti