Ağ Ev: Baydenin Ukraynaya qoşun göndərməyə nə marağı, nə də arzusu var




“ABŞ Prezidenti Co Baydenin ABŞ qoşunlarını Ukraynaya göndərməkdə nə marağı var, nə də arzusu”.

Pravda.az-ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə bildirib.

O, həmçinin, qeyd edib ki, 8500 ABŞ hərbçisinin Avropaya göndərilməsi üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi qərarı yalnız NATO-nun “şərq cinahını” dəstəkləmək məqsədi daşıyır.
Tarix: 26-01-2022, 08:14
Xəbəri paylaş





Xəbər lenti