NATO-nun silahlı qüvvələri Rusiya-Ukrayna münaqişəsinə qarışmayacaq - Stoltenberq



Şimali Atlantika Alyansı hazırda Rusiyanın Ukrayna ərazisinə soxulmaq niyyəti barədə səhih məlumata malik deyil.
Bu bəyanatı yanvarın 28-də təşkilatın Baş katibi Yens Stoltenberq NATO-nun mənzil-qərargahında keçirilən onlayn-tədbirdə səsləndirib. O, situasiyadan asılı olaraq qərar qəbul edəcəyni bildirib.
«Biz, Rusiyanın niyyəti barədə bilmirik. Biz, daim situasiyanı qiymətləndiririk, öz iştirakımızı 2014-cü ildən sonra gücləndirmişik və situasiyanın gələcək inkişafından asılı olaraq, qərar qəbul edəcəyik… Biz, hesab edirik ki, ən yaxşı həll - bu, diplomatiyadır. Siqnallar göndərməkdə davam edirik ki, Ukraynaya hücum Rusiya üçün yüksək qiymətə başa gələcək» - Baş katibdən RİA Novosti sitat gətirir.
Stoltenberq həm də bəyan edib ki, Alyansın Ukrayna ərazisində hərbi qruplaşmalar yerləşdirmək fikri yoxdur. Bu zaman Stoltenberq Rusiyanı hədələyib ki, o, Ukraynaya qarşı güc tətbiq etsə, NATO-dan daha çox güc alacaq.
Bundan başqa, Alyans başçısı növbəti dəfə bəyan edib ki, NATO-nun silahlı qüvvələri Rusiya-Ukrayna münaqişəsinə qarışmayacaq.AzPolitika.info
Tarix: 29-01-2022, 08:59
Xəbəri paylaş





Xəbər lenti