SON DƏQİQƏ! Bayden qərar verdi: Rusiya-Ukrayna gərginliyi ilə bağlı KRİTİK GƏLİŞMƏ



“Tezliklə ABŞ hərbçilərini Şərqi Avropadakı NATO ölkələrinə göndərəcəyəm”.
Siam.az Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Ukrayna-Rusiya sərhədindəki gərginliklə bağlı jurnalistlərə açıqlama verib.
“ABŞ hərbçilərini Şərqi Avropaya nə vaxt göndərəcəyinizə qərar verdinizmi” sualını Bayden belə cavablandırıb: “Tezliklə Amerika hərbçilərini ora göndərəcəyəm”.
Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin açıqlamasında bildirilmişdi ki, Ukrayna böhranında gözlənilməz duruma qarşı 8500 nəfərlik hərbi qüvvə NATO-ya dəstək vermək üçün hazır vəziyyətdədir.
Tarix: 29-01-2022, 23:13
Xəbəri paylaş





Xəbər lenti