ABŞ Rusiyadan qorxduğunu göstərdi - Fesenko

ABŞ Rusiyadan qorxduğunu göstərdi - Fesenko
Ağ Evin diplomatlara, onların ailə üzvlərinə və Amerika vətəndaşlarına Ukraynanı tərk etmək tövsiyələri ölkənin reputasiyasına ciddi zərbə vurur.
 
Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı politoloq Vladimir Fesenko çıxış edib.
 
“Amerikalılar müəyyən zəiflik nümayiş etdirdilər və qorxduqlarını göstərdilər. Və dolayısı ilə rus təbliğatı ilə yanaşı oynadılar”, - Fesenko vurğulayıb.
 
Onun fikrincə, Vaşinqtonun qərarına “əfqan sindromu” təsir edib, çünki amerikalılar Kabildə özlərini yandırıblar.

Tarix: 30-01-2022, 13:25
Xəbəri paylaş





Xəbər lenti