"Mənim vaxtımda Rusiya özünü belə aparmağa cürət etməzdi" - Tramp Baydeni tənqid etdi


ABŞ-ın sabiq prezidenti Donald Tramp bəyan edib ki, Co Baydenin zəifliyi və səriştəsizliyi ucbatından üçüncü dünya müharibəsi başlaya bilər.
 
"Mənim vaxtımda Rusiyanın Ukraynaya qarşı etdikləri heç zaman baş verməzdi", - o, deyib.
 
Tramp Texas ştatının Konro şəhərində öz tərəfdarları qarşısında "Amerikanı xilas edək" şüari altında keçən mitinqdə çıxış edərək, ABŞ-ın hazırki prezidentini tənqid edib.
 
"Baydenin zəifliyi və səriştəsizliyi gerçəkdən üçüncü dünya müharibəsi riskini yaradır. Hər gün Baydenin səriştəsizliyi Amerikanı riskə atır. Hər kəs bilir ki,  Rusiyanın Ukraynaya qarşı etdikləri mən prezident olsaydım heç vaxt mümkün olmazdı, - o, qeyd edib. - Mənim Rusiya hökuməti ilə yaxşı münasibətlərimə rəğmən, mənim vaxtımda onlar Ukrayna sərhədlərində çoxminli qoşunlar yerləşdirməyə cürət etməzdi. Vaxtilə mən "Şimal axını"nın tikintisini pozmuşdum.
 
Sabiq prezident həmçinin Baydenin miqrasiya siyasətindən də narazıdır. "Bu gün Vaşinqtonda hamı Ukrayna sərhədlərini necə qorumaq mübtəlasına düşüb. Amma dünyada ən mühün sərhəd Amerikanın sərhəddidir. Biz bununla bağlı heç nə ermirik, insanları ölkəyə buraxırıq, amma onların kimliyindən xəbərimiz olmur", - Bayden özünün məşhur Meksika divarına eyham vuraraq qəzəbini gizlətməyib.

Tarix: 30-01-2022, 14:13
Xəbəri paylaş





Xəbər lenti