Vəziyyət GƏRGİNLƏŞDİ: Kanada qoşunları yenidən Ukraynaya YERİDİLDİ




"Ukraynada yerləşən Kanada qoşunları ölkədə vəziyyət gərginləşdiyi üçün Dnepr çayının qərbinə doğru irəliləyib".
Publika.az xəbər verir ki, bunu Kanadanın müdafiə naziri Anita Anand “Globe and Mail” qəzetində dərc olunan bəyanatda bildirib.
"Kanada Silahlı Qüvvələri Dnepr çayının qərbinə doğru irəliləyib və biz qüvvələrimizin təhlükəsizliyini təmin etmək üçün lazım olan ehtiyat tədbirləri görməyə davam edəcəyik", - Anand deyib.
Müdafiə naziri köçürülmə qərarının nə vaxt və nə üçün verildiyini açıqlamayıb.

Tarix: 30-01-2022, 22:35
Xəbəri paylaş





Xəbər lenti