Rusiyadan Böyük Britaniyaya milyardlarla pul daşınır

Rusiyadan Böyük Britaniyaya milyardlarla pul daşınır

Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı narahatlıqlar artdığı bir vaxtda Rusiyadan Böyük Britaniyaya böyük məbləğdə pul daşınır. Çirkli pul axınının artması isə ABŞ-da müəyyən gərginliyə səbəb olub. Rusiya lideri Putinə qarşı birbaşa sanksiya planı hazırlayan ABŞ, İngiltərədə milyardlarla funt-sterlinq olan rus çirkli pullarının sanksiyanı təsirsiz hala sala biləcəyindən narahatdır.

Siam.az -ın xatırlatmasına görə, bir müddət əvvəl ABŞ yüksək səviyyədə elan edib ki, Rusiya Ukraynaya müdaxilə edərsə, prezident Putinə sanksiya tətbiq olunacaq.

Diplomatik mənbələr “The Times” qəzetinə bildiriblər ki, ABŞ Dövlət Departamenti Britaniya hökumətinin Rusiyadan şübhəli pul axınına göz yummasından narahatdır.

Rus oliqarxlarının Böyük Britaniya banklarındakı pullarının hesabını aparmaq çətin olsa da, Britaniya hökumətinin 2016-cı ildəki hesablamalarına görə, korrupsiya nəticəsində bu ölkəyə daxil olan pulların həcmi ildə 100 milyard funt-sterlinq təşkil edir.

Britaniya kəşfiyyatının məlumatında qeyd olunur ki, rus oliqarxları Londonda daşınmaz əmlak sektoruna böyük sərmayələr qoyurlar.

Boris Consonun baş nazir olduğu 2019-cu ildən bəri hakim Mühafizəkarlar Partiyasının Rusiyaya bağlı insanlardan 2 milyon funt sterlinq ianə alması da mübahisəlidir. Ölkə kəşfiyyatı isə bir müddətdir hökumətə təzyiq göstərir ki, xaricdən çirkli pul axınının qarşısını almaq üçün tədbirlər görsün.
Tarix: 30-01-2022, 22:38
Xəbəri paylaş





Xəbər lenti