Bayden təsdiqlədi: Şərqi Avropaya qoşun göndərilir



ABŞ Prezidenti Co Bayden Şərqi Avropaya əlavə hərbi qüvvələrin göndərilməsini təsdiqləyib.
 
Pravda.az xəbər verir ki, bu barədə CNN ABŞ Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
 
Mənbələr bildirib ki, qoşunların köçürülməsi yaxın günlərdə baş tutacaq.
 
CNN-in mənbələrinə görə, Polşada 2 min, Rumıniya da daxil olmaqla NATO-nun cənub-şərq cinahında daha bir neçə min hərbçi yerləşdiriləcək.
 
Pentaqonun yaxın vaxtlarda əlavə qüvvələrin yerləşdirilməsi barədə rəsmi açıqlama yayacağı gözlənilir.
 
“The Wall Street” jurnalı 3000-dən çox əsgərin avropalı müttəfiqlərlə həmrəylik nümayişi üçün göndəriləcəyini yazıb. Onlardan təxminən 2000-i Fort Braqqdan Polşa və Almaniyaya, daha 1000 əsgər isə Almaniyadan Rumıniyaya göndəriləcək. Bunun həftəsonunadək baş tutacağı bildirilib.
Tarix: 2-02-2022, 21:07
Xəbəri paylaş





Xəbər lenti