Rusiyalı deputatdan ‘baş kəsmək’ vədi

Putinin sözçüsü deyib ki, xaricdən səsləndirilən bəyanatlar Kremlin hər hansı hərəkəti, xüsusən də Ramzan Kadırova qarşı hərəkəti üçün əsas ola bilməz
Rusiyanın Çeçenistan regionundan deputat insan haqları fəalı Abubakar Yanqulbayevin ailə üzvlərinin hamısının “başını kəsmək” andı içib. İşgəncələrə qarşı Komitənin keçmiş hüquqşünası Yanqulbayevin anası Zarema Musayeva ötən ay Nijni Novqoroddakı mənzilindən oğurlanaraq Çeçenistana aparılıb.
Deputat fevralın 1-də Instagram-da canlı yayında Yanqulbayevin ailəsini təhdid edən bəyanat səsləndirib.

“Həyatınızı, mülkünüzü vecimizə almadan, başınızı kəsməyincə, hamınızı öldürməyincə sizi gecə də, gündüz də təqib etdiyimizi bilməlisiniz. Sizinlə qan davası aparırıq. Bu sözlər bu mesajı ruscaya çevirənlərə də aiddir”, – Delimxanov 1ADAT Telegram kanalında çeçen dilində çıxışında deyib.
Çeçenistanın Kremlin dəstəklədiyi lideri Ramzan Kadırov isə fevralın 1-də Instagram-da videobəyanatında digər ölkələri Yanqulbayevin ailə üzvlərini “qovmağa”, yaxud onları qəbul etməməyə çağırıb. O, sözügedən ailənin üzvlərini “banditlər”, “terrorçular” adlandırıb.
Kadırov Rusiya federal hakimiyyətinə daha öncəki müraciətini bir daha dilə gətirib. O, İşgəncələrə qarşı Komitə adlı insan haqları qrupunun təsisçisi İqor Kalyapinə, “Novaya Gazeta” nəşrinin Çeçenistanda insan haqları pozuntularından yazan jurnalisti Yelena Milaşinaya və Dojd televiziyasına qarşı cinayət işləri açmağa çağırıb. Kadırov onları da “terrorçular” adlandırıb.
Azadlıq radiosu
Tarix: 2-02-2022, 21:27
Xəbəri paylaş





Xəbər lenti