Putin “Krım gözəli”nə yeni vəzifə verdi

Putin “Krım gözəli”nə yeni vəzifə verdi
Rusiya Prezidenti Vladimir Putin Kabo-Verde səfiri Natalya Poklonskayanın vəzifəsindən azad edib.
 
Axar.az xəbər verir ki, bu barədə Putin sərəncam imzalayıb.
 
Putinin digər sərəncamı ilə Poklonskaya Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin rəhbərinin müavini vəzifəsinə təyin olunub.
 
Qeyd edək ki, keçmiş xanım səfir ailə vəziyyəti ilə əlaqədar yanvarın 19-da vəzifəsindən kənarlaşdırılmasını istəmişdi. O, daha öncə - 2014-2016-cı illərdə Krım prokuroru vəzifəsində çalışıb, sonra isə Krımdan Dumaya deputat seçilib.
 
O, Krım prokuroru olarkən məşhurlaşmışdı.

Tarix: 3-02-2022, 09:04
Xəbəri paylaş





Xəbər lenti