NATO-nun Baş katibi Norveç Mərkəzi Bankına sədr təyin olundu



Norveç hökuməti NATO-nun hazırkı baş katibi Yens Stoltenberqi alyansın rəhbəri vəzifəsindən getdikdən sonra Mərkəzi Bankın rəhbəri vəzifəsinə təyin etmək qərarına gəlib.
 
Pravda.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
 
"Baş katib Yens Stoltenberqi 6 il müddətinə Mərkəzi Bankın rəhbəri təyin etsin. O, Maliyyə Nazirliyinin müəyyən etdiyi tarixdən vəzifəsinin icrasına başlayacaq", - hökumətin məlumatında qeyd olunub.
 
Maliyyə Nazirliyi bu vəzifəyə ən uyğun namizədin Stoltenberq olduğu qənaətinə gəlib.
Tarix: 4-02-2022, 16:10
Xəbəri paylaş





Xəbər lenti