Saakaşvili: "İvanişvilinin göstərişi ilə həkimimi yanıma buraxmırlar"



Keçmiş Prezidentin məhkəməsi başlayıb: Saakaşvili hakimləri “İvanişvilinin qulluqçuları” adlandırıb 
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili məhkəmə iclasında səhhətinin pisləşməsindən şikayətlənib və şəxsi həkimin onunla görüşməsinə icazə verilməsini istəyib. AYNA TASS-a istinadən xəbər verir ki, sabiq Prezident səhhətinin pisləşməsinə baxmayaraq, onu müayinə etmək üçün həkimlərə icazə verilmədiyini söyləyib: "Beş həftədir ki, Nyu-Yorkdan gələn şəxsi həkimim Nika Kipşidze məni müayinə edə bilmir. Bunun üçün hər gün aidiyyatı qurumlara müraciət edir". 
"Bərbəri yanıma bir günə buraxdılar, lakin həkimi buraxmırlar. Bu, İvanişvilinin (Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişvili) göstərişidir. Mənim hipertoniya ilə bağlı ciddi problemlərimin olduğu, qan azlığımın olduğu bir vaxtda beş həftədir ki, həkimimin məni müayinə etməsinə imkan tanınmır" məni qəbul etmədilər", - Saakaşvili bildirib.
Bununla bağlı Saakaşvilinin vəkilləri məhkəmədə vəsatət qaldırıblar. Lakin hakim Nino Çaxnaşvili təqsirləndirilən şəxsin vəsatətini təmin etməyib.
Qeyd edək ki, fevralın 4-də Tbilisi Şəhər Məhkəməsində Saakaşvilinin məhkəməsi başlayıb. Keçmiş Prezident bəyanat yayaraq, hakimləri “İvanişvilinin qulluqçuları” adlandırıb və buna görə ona şifahi töhmət verilib.
Xatırladaq ki, Saakaşvili 8 il mühacirətdə yaşadıqdan sonra ötən il oktyabrın 1-də sərhədi qeyri-qanuni keçdiyinə görə Gürcüstanda həbs edilib. Bundan əvvəl o, bankirin qətli və deputatın döyülməsinə görə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. İndi siyasətçi ölkə sərhədini pozmaqda, 2007-ci ildə mitinqi vəhşicəsinə dağıtmaqda və dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Tarix: 4-02-2022, 16:15
Xəbəri paylaş





Xəbər lenti