Aralıq dənizində gərginlik son həddə: Rusiya hərbi gəmiləri zərbə endirə bilər


 
 
 
Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri Aralıq dənizi sularında, Suriya sahillərində cəmləşdirilir. İstisna deyil ki, məqsəd Suriyanın şimalına, Əsəd rejiminə müxalif qüvvələrin mövqelərinə, yəni Türkiyə-Rusiya deeskalasiya zonasına güclü zərbələr endirməkdir.
 
Musavat.com "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki, bir neçə saat əvvəl dörd Rusiya hərbi gəmisi-“Boykiy”, “Kalininqrad”, “Korolev” və “Minsk” Hibraltar boğazını keçərək Aralıq dənizinin şərqinə istiqamət alıb. Həmin rayonda artıq Rusiyanın “Kalibr” raketləri ilə silahlanmış su üstü və sualtı gəmiləri var. 
 
Fransa Şərqi Aralıq dənizində hərbi iştirakını artıracaq
 
Qeyd edilir ki, gəmilərlə Suriyaya onlarla tank daşınması haqda da məlumatlar var. Bu tanklar isə, Suriya ordusunun İdlibə gözlənilən irimiqyaslı hücumu zamanı istifadə olunacaq.  Ötən ilin martında Suriya ordusu İdlibə böyük sayda hərbi qüvvənin, o cümlədən tankların dəstəyi ilə hücuma keçsə də Türkiyənin “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri onları böyük itkilərə məruz qoymuşdu.
 
Şanlıurfa haber: Suriye sınırda tank ve obüslerin namluları Suriye'ye  çevrildi - Yeni Şafak
 
Son günlər Rusiya və Əsəd qüvvələri Suriyanın şimalına güclü raket-bomba zərbələri endirib.
 
Bunun nəticəsi olaraq Əsəd rejiminə müxalif qüvvələrin bazaları dağıdılıb. Türkiyə atəşkəs rejiminin pozulmasına görə Rusiya tərəfinə etirazını bildirib.
 
Xəbərlərə görə, Türkiyə də Suriyanın şimalına əlavə qüvvələr səfərbər edir, eləcə də bölgədə pilotsuz aviasiyasını fəallaşdırır.
Tarix: 7-02-2022, 12:22
Xəbəri paylaş





Xəbər lenti