"Amerika Ukrayna məsələsini ən yüksək gərginlik nöqtəsində saxlayır ki..."


Türkiyəli Ekspert : "Amerika Ukrayna məsələsini ən yüksək gərginlik nöqtəsində saxlayır ki, Çin məsələsində Rusiya məhz Amerikanın  tərəfində olsun"
 
Qafqaz Siyasi Araşdırmalar Mərkəzinin Direktoru Hasan Oktay "Gərginləşən Rusiya Ukrayna Münasibətlərinin gözdən qaçan məqamları" ilə bağlı Moderator.az-a açıqlama verib.
 
Bütün dünyanın gözləntisi bu gərginliyin sülhlə bitməsidir və  bu səbəbdən də Ərdoğan Ukraynaya səfər edərək,  Ukrayna ilə Rusiya arasında vasitəçilik edə biləcəyini bəyan etdi.
 
Eynilə Britaniyanın Baş naziri və Fransa prezidenti də Ukraynaya səfərlər edərək müharibənin başlamasının qarşısını almağa çalışırlar. Burada əsas məsələ Ukraynanın nə istədiyindən daha çox, Rusiyanın nə istəməsidir. Ukrayna bu gərginliyi artırmaqla, bəlkə də Qərbin dəstəyini alaraq, ərazilərini  işğaldan azad etməklə Ukrayna xalqını milliləşdirmək və diqqəti işğal etdiyi torpaqlara çəkmək istəyir.
 
Rusiya isə Ukraynanı özünün  uzantısı kimi görür və əgər Rusiya  Ukraynanı əldən verərsə,  Ukrayna  NATO-ya üzv olarsa, bunu öz suverenliyinə və təhlükəsizlik hüquqlarına hücum hesab etdiyi üçün Rusiya sona qədər müqavimət göstərəcək. Qərb dünyası Ukraynanın ərazi bütövlüyünü tanıdığından bu işğala son qoymaq istəyirlər.
 
Əslində gözdən qaçan əsas məqam isə  Çinlə bağlı Amerika ilə Rusiya arasında sövdələşmədir .  Xüsusilə Amerika Ukrayna məsələsini ən yüksək gərginlik nöqtəsində saxlayır ki, Çin məsələsində Rusiya məhz Amerikanın  tərəfində olsun. Çünki Rusiya gərgindir və bu qədər gərginliyə gec-tez tab gətirə bilməyəcək. Son nəticədə ya ABŞ-a hə deyəcək,  ya da Ukrayna ilə müharibəyə girib,  böyük iqtisadi çətinliklər yaşayacaq. Qərb  məhz  Ukrayna müharibəni əsas gətirərək Rusiyaya embarqo qoyacaq və Putindən sonrakı Rusiyanın  Planlaması aparılacaq. 
 
Ukrayna Rusiya münasibətlərinin gərginləşməsi və ya yeni bir  müharibə başlaması  , Çinə ən azı beş il vaxt verilməsi deməkdir. Hazırda qərb dünyası Çinin artan dayanılmaz inkişafının qarşısını almaq üçün Çinə qarşı ən qısa zamanda reallaşacaq  əməliyyatı nəzərdən keçirir .

Tarix: 7-02-2022, 21:20
Xəbəri paylaş





Xəbər lenti