Rusiyalı nüvəçilərin Banqladeşdə müəmmalı ölümü



Rusiyalı nüvəçilərin Banqladeşdə müəmmalı ölümü
Banqladeş polisi beş rusiyalının ölümü ilə bağlı araşdırmalara başlayıb. Bu barədə "Kommersant"ın "United News of Bangladesh"ə istinadən xəbər verir. Məlumata görə, Rusiya Federasiyası vətəndaşları tikilməkdə olan Rooppur atom elektrik stansiyasında işləyirmiş. Onların hamısı son 11 gündə müxtəlif şəraitdə dünyasını dəyişib.

KİV-in məlumatına görə, yanvarın 28-də 48 yaşlı kişi yerli xəstəxanada müalicə olunarkən dünyasını dəyişib. Daha sonra, fevralın 2-də daha bir rusiyalı öldü, onun 40 yaşı var idi. Üç gündən sonra 48 yaşlı mühəndis-mexanik qəflətən özünü pis hiss edib və xəstəxanada dünyasını dəyişib. Dördüncü rusiyalı (59 yaşı var idi) həmin gün mənzilinin yanındakı pilləkəndə ölüb. Fevralın 6-da həmin mənzildə beşinci Rusiya vətəndaşı (45 yaşlı) ölü tapılıb. Yerli polis rəisi bildirib ki, ölənlərin meyitlərinin ekspertizası nəticəsində heç bir şübhəli faktlar aşkar edilməyib.

Nüvə elektrik stansıyası üçün layihə tərtib edən olan “Rosatom” şirkəti əməkdaşın ölümü ilə bağlı nəticə çıxarmağa tələsməməyə çağırıb.

virtualaz.org
Tarix: 9-02-2022, 09:44
Xəbəri paylaş





Xəbər lenti