İsrailin raket zərbəsi nəticəsində Suriyada ölən və yaralananlar var

İsrailin raket zərbəsi nəticəsində Suriyada ölən və yaralananlar var

İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi hava zərbələri nəticəsində azı bir suriyalı hərbçi ölüb, beşi isə yaralanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü SANA agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hücuma cavab olaraq Suriyanın hava hücumundan müdafiə sistemləri paytaxt üzərindəki hava hədəflərinə atəş açıb. Zərbə nəticəsində maddi ziyan dəydiyi qeyd edilir.
Suriyaya raket hücumu faktı İsraildə də təsdiqlənib, bununla belə, raketi ilk olaraq Dəməşqin atdığı bildirilib. "Daha əvvəl Suriyadan atılan zenit raketinə cavab olaraq, biz Suriyadakı yer-hava batareyalarını, o cümlədən radarlar və zenit qurğularını vurduq", - deyə İsrail ordusunun mətbuat xidməti "Twitter"də bildirib.
İsrail Silahlı Qüvvələri mütəmadi olaraq Suriyadakı İran qüvvələrinin və iranyönlü birləşmələrin mövqelərinə hava zərbələri endirir.
Tarix: 9-02-2022, 09:50
Xəbəri paylaş





Xəbər lenti