“Rusiyanın Ukraynaya müdaxiləsi Yaxın Şərqdə qeyri-sabitlik yarada bilər” - Amerikalı general

“Rusiyanın Ukraynaya müdaxiləsi Yaxın Şərqdə qeyri-sabitlik yarada bilər” - Amerikalı general
ABŞ Mərkəzi Komandanlığının rəhbəri vəzifəsinə namizəd general-leytenant Erik Kurilla senatda keçirilən dinləmələrdə təklif edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi Yaxın Şərqdə, o cümlədən Suriyada qeyri-sabitliyin artmasına səbəb ola bilər.
 
Moderator.az bildirir ki, bu barədə ABC News telekanalı xəbər verib. Eyni zamanda o, Moskvanın Vaşinqtonla müharibəyə başlamaq istədiyinə şübhə etdiyini bildirib.
 
General-leytenant Erik Kurilla senatorlara xəbərdarlıq edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi Yaxın Şərqdə, o cümlədən Moskvanın artıq hərbi bazasının və qoşunlarının olduğu Suriyada daha geniş qeyri-sabitlik yarada bilər. Bununla bərabər, onun sözlərinə görə, İran Amerika və onun regiondakı müttəfiqləri üçün əsas təhlükə olaraq qalır.
 
"Əgər Rusiya Ukraynaya müdaxilə edərsə, o zaman Suriyada da dağıdıcı amil kimi çıxış etməkdən çəkinməyəcək", - deyə general senatorların suallarını cavablandırarkən vurğulayıb. Amma eyni zamanda o, Rusiyanın ABŞ-la müharibəyə başlamaq istəməsinə şübhə etdiyini də bildirib.
 
Yüksək rütbəli hərbçi senatın silahlı qüvvələr komitəsinə də bildirib ki, Çin dövləti Mərkəzi Komandanlığın nəzarətində olan regionda, o cümlədən Vaşinqtonun Əfqanıstandakı ekstremistlərin fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatı toplamalı olduğu ölkələrdə də öz təsirini və xərclərini genişləndirir.
 
“Birləşmiş Ştatlar Çin və Rusiyanın bir coğrafi regiondan kənara çıxan və Mərkəzi Komandanlığın məsuliyyət sahəsinə qədər uzanan yeni strateji rəqabət erası ilə üz-üzədir. ABŞ haqlı olaraq Çinlə rəqabətə üstünlük versə də, biz Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya ilə məşğul olmağa davam etməliyik”, - deyə Kurilla namizədliyi ilə bağlı komitə dinləmələri zamanı bildirib.
 
Komitə üzvləri İraq və Əfqanıstan müharibəsi zamanı böyük döyüş təcrübəsi qazanmış Kurillanı hərarətlə qarşılayıblar. Senatorların generala münasibətindən belə başa düşülüb ki, onun namizədliyi şübhəsiz ki, bəyəniləcək.
 
Pentaqonun Çinə qarşı durmaq üçün diqqətini Hind-Sakit okean bölgəsinə və Rusiyaya qarşı müdafiəni gücləndirmək üçün Avropaya yönəltməyə çalışması fonunda Kurilla Mərkəzi Komandanlığa rəhbərlik edə bilər. Amma indiyədək Vaşinqtonun Yaxın Şərqdən əlavə qoşun çıxarmaq planlarına Tehranın dəstəklədiyi yaraqlıların daimi hücumları mane olub, - deyə ABC News telekanalı bildirib.
Tarix: 10-02-2022, 16:40
Xəbəri paylaş





Xəbər lenti