Rusiyada partlayış təhlükəsi



Rusiyanın Murmansk hava limanı partlayış təhlükəsi səbəbindən təxliyə edilib. Bu barədə Rusiya KİV-ləri hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb. 
"Təxliyə fövqəladə vəziyyət (partlayış təhlükəsi) ilə əlaqədar saat 18:58-də həyata keçirilib. Hava limanına təcili xidmətlər cəlb edilib", - deyə mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, iki aviareys təxirə salınıb, biri Vnukovo hava limanına, biri isə Pulkovo hava limanına. 
Daha sonra hava limanında bildiriblər ki, binanın girişində sərnişinin üzərindən partlayıcı qurğunun mulyajı aşkar edilib, aeroportun fəaliyyəti bərpa edilib.
Tarix: 11-02-2022, 09:48
Xəbəri paylaş





Xəbər lenti