“Putinin oliqarxları heç yerdə gizlənə bilməyəcək!” – Britaniya sanksiyaları genişləndirdi

“Putinin oliqarxları heç yerdə gizlənə bilməyəcək!” – Britaniya sanksiyaları genişləndirdi
Britaniya Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə, sanksiya siyahısına salacağı rusların dairəsini genişləndirib.
Boris Conson hökuməti Britaniya Xarici işlər naziri Liz Trasın Moskva səfərindən dərhal sonra qanuna düzəlişlər edib və təcavüz aktına sərt cavab vəd edib.
Trass söz verib ki, Putinin oliqarxları və Rusiya hakimiyyətini dəstəkləyən şirkətlər üçün yeni sanksiyalardan gizlənməyə heç bir yer olmayacaq. Nazir bildirib ki, mümkün sanksiya siyahısı Britaniya hökumətinin Kremlə yaxın hesab etdiyi hər kəsi əhatə edəcək şəkildə genişləndirilib.
Britaniya elan edib ki, sanksiyalar haqqında qanuna edilən düzəlişlər indi onlara bir sıra strateji əhəmiyyətli sənaye (kimya, müdafiə, mədənçilik, informasiya və telekommunikasiya və maliyyə) sahələrindən olan şəxsləri və şirkətləri cəzalandırmağa imkan verəcək.
“Britaniya qanunvericiliyinə edilən yeni düzəlişlərə əsasən, Rusiya dövləti ilə bu və ya digər şəkildə əlaqəsi olan istənilən fiziki və ya hüquqi şəxsə sanksiyalar tətbiq ediləcək. Bizim cavabımız ölçülüb- biçilmiş və sərt olacaq!”, – deyə Trasla danışıqlardan sonra Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Məlumatlara görə, Britaniya diplomatiyasının rəhbəri Moskvadan əliboş qayıdıb. Rusiyalı həmkarı Sergey Lavrov onların görüşünü “lallarla karların söhbəti” adlandırıb. Lavrov britaniyalı həmkarına bildirib ki, Londonun təşəbbüsü ilə ikitərəfli münasibətlərdə böhran həll olunmayana qədər Rusiya Britaniya ilə Ukrayna və beynəlxalq siyasətin digər məsələlərini müzakirə etmək niyyətində deyil. /Azpost.info/
Tarix: 11-02-2022, 14:13
Xəbəri paylaş





Xəbər lenti