Daha bir ölkə öz vətəndaşlarına Ukraynaya səyahəti qadağan etdi



Cənubi Koreya öz vətəndaşlarına Ukraynaya səyahəti qadağan edib.
Siam.az "Report"a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bəyanatda deyilir ki, Ukraynada olan vətəndaşlar təcili olaraq başqa təhlükəsiz yerə getməlidirlər.
“Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar fevralın 13-dən ölkənin bütün ərazisinə səyahət qadağası ilə bağlı dördüncü dərəcəli xəbərdarlığın tətbiqi qərara alınıb”, - məlumatda vurğulanır.
Tarix: 11-02-2022, 22:46
Xəbəri paylaş





Xəbər lenti