Rusiya səfiri Ukraynaya təcavüzün vaxtı barədəki açıqlamaları şərh etdi...

Rusiya səfiri Ukraynaya təcavüzün vaxtı barədəki açıqlamaları şərh etdi...
Rusiyanın ABŞ-dakı səfiri Anatoli  Antonov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Moskvanın tezliklə Kiyevə müdaxiləsi ilə bağlı açıqlamalarına münasibət bildirib.
 
Moderator.az Lenta.ru-ya istinadla xəbər verir ki,  səfirin fikirləri səfirliyin "Facebook" səhifəsində yerləşdirilib.
 
Antonov Sallivanı Rusiyaya qarşı təbliğat kampaniyasını gücləndirməkdə və ictimaiyyətdə qaçılmaz təcavüz barədə  təsəvvür yaratmaqda ittiham edib.
 
“Sallivanın açıqlamaları təşviş dolu tonda səsləndirilib” - deyə səfir bildirib.
 
Bundan əvvəl Sallivan Ağ Evin  Rusiya Federasiyasının Ukraynanı tezliklə işğal edəcəyinə inamından danışıb. ABŞ administrasiyası hesab edir ki, Ukraynaya hücum “hər an, o cümlədən Pekin Olimpiadası zamanı başlaya bilər”.
 
ABŞ prezidentinin köməkçisi kəşfiyyatdan əldə edildiyi iddia edilən məlumatların təfərrüatlarını açıqlamayıb.


Tarix: 12-02-2022, 09:29
Xəbəri paylaş





Xəbər lenti