"Vətəndaşlara Prezident kimi həqiqəti danışmalıyam" - Zelenski



Bu barədə 100 faiz dəqiq məlumatı olan varsa, bu informasiyanı rəsmi Kiyevə təqdim etsin. Bu gün mediada genişmiqyaslı müharibə ilə bağlı həddən çox informasiyalar var. Mən daim kəşfiyyatdan böyük həcmdə məlumat, eyni zamanda ABŞ və müttəfiqlərinin mesajlarını alıram. Bizə olan bütün informasiyaları analiz etməliyəm”.
 
Pravda.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın hücum edəcəyi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
 
“Vətəndaşlara Prezident kimi həqiqəti danışmalıyam. Həqiqət isə odur ki, bizdə müxtəlif informasiyalar var. Təlaşa xidmət edən informasiyalar bizə kömək etmir” – o qeyd edib.
Tarix: 12-02-2022, 21:48
Xəbəri paylaş





Xəbər lenti