Rusiya Kuraxove şəhərinə hücum etdi


Rusiya Donetsk vilayətinin Kuraxove şəhərinə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, hücum nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.
“Avtobus dayanacağında, yanacaqdoldurma məntəqələrində və yaşayış binalarında yanğın baş verib. Rusiya bunun əvəzini ödəyəcək”,- deyə o qeyd edib.
Tarix: 7-12-2022, 22:40
Xəbəri paylaş





Xəbər lenti