"Zəmanət yoxdursa, keçid də olmayacaq: Türkiyəyə təzyiq nəticə verməyəcək..."


"Bosfor və Dardanel boğazlarından yalnız sığortalanmış gəmilər keçə bilər..."
 
"Türkiyə başqa ölkələrin və beynəlxalq təşkilatların ( BMT TŞ istisnadır) sanksiya qərarlarını icra etməyə borclu deyil..."
 
Avropa tərəfindən neftin qiymətinə ən yüksək həddin tətbiq edilməsindən sonra Türkiyədə neft tankerlərinin "tıxacı" yaranıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" nəşri yazıb.
 
Ankara Bosfor və Dardanel boğazlarından keçid məsələsində nöqtəni qoyub: boğazlardan yalnız sığortalanmış gəmilər keçə bilər. Və Avropa tankerlərinə heç bir istisna edilməyəcək.
 
Türkiyənin nəqliyyat və infrastruktur nazirliyi Bosfor və Dardanel boğazlarından keçmək istəyən xam neftlə dolu gəmilər barədə nöqtə qoyub. İdarə elan edib ki, gəmilər Türkiyə boğazlarından onların sığortalanması barədə yazılı təsdiq məktubları təqdim edilmədən keçə bilməyəcək. Bu zaman dayanan gəmilərin sayını artıq göstərməsindən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etmək yolverilməzdir.
 
Bəyanatda bu fakta diqqət edilir ki, Türkiyə başqa ölkələrin və beynəlxalq təşkilatların, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilənlər istisna edilməklə, sanksiya qərarlarını icra etməyə borclu deyil. İdarə qeyd edir ki, müdafiəni təmin edə bilməyən və mümkün qəza zamanı ziyanın ödənilməsini  göstərən sənədi təqdim etməyən neft tankerlərinin Türkiyənin boğazlarından keçidi mümkün deyil.
 
Qəza zamanı kim kompensasiya edəcək?
 
"Avropa İttifaqının sanksiyaları ucbatından Türkiyə boğazlarından keçən xam neftlə dolu gəmilər üçün P&I (Protection and İndemnity İnsurance-müdafiə və kompensasiya) sığortası etibarsızdır və qəza zamanı sığorta kompensasiyası mümkün deyil. Bu vəziyyət həm Aİ direktivi ilə, həm də Avropada yüksək səviyyəli dövlət təsisatları tərəfindən təsdiq edilib", - bəyanatda deyilir.
 
Bütün gəmilər qaydalara riayət edəcək
 
Türkiyə sığorta şirkətinin baş verə biləcək hadisə nəticəsində sanksiya altına düşən gəmi və ya yükün Türkiyə boğazlarından keçərsə ziyanı ödəməyəcəyi riskini öz üzərinə götürmür.
 
"Bizim qanunvericiliyimizə görə, qüvvədə olan P&I sığortanı təqdim edə bilməyən xam neftlə olan tankerlər Türkiyə boğazlarından keçə bilməz, bu qayda 2002-ci ildən qüvvədədir", - bəyanatda deyilir.
 
Gəmi də, yük də sizindir
 
Nəqliyyat və infrastruktur nazirliyi həmçinin diqqəti belə bir fakta çəkib ki, sığorta şirkətləri adətən müəyyən hallarfa sorğu edilən və təqdim edilən təsdiq məktublarını Türkiyəyə təqdim etməkdən çəkinir. İdarə bəyan edir:
 
 "Xam nefti daşıyan və boğazda gözləyən əksəriyyət gəmilər Aİ-yə məxsusdur, neftin böyük hissəsi Aİ limanlarına gedir. Aİ tərəfindən tətbiq edilən embarqoya gəldikdə, Aİ gəmiləri tərəfindən daşınan xam neft üzrə sığorta xidmətlərini göstərən Aİ şirkətlərinin təsdiq məktublarını tədqim etməməsinin səbəbi aydın deyil. Buna görə məsuliyyəti ölkəmiz deyil, belə praktikanı gerçəkləşdirənlər daşıyır".
 
Xam neft daşıyan və təsdiq məktublarını təqdim edən gəmilər dekabrın 1-dən adi rejimdə Türkiyə boğazlarından keçir, nazirlik əlavə edib.
 
Türkiyə konstruktiv olmaqda davam edəcək
 
"Taxıl dəhlizi"nin açılmasında aparıcı rol oynamış Türkiyə bundan sonra da xam neftin Türkiyə boğazlarından keçərək dünya bazarlarına çatmaqda konstruktiv mövqedə dayanacaq, bəyanatda deyilir.
 
Nəqliyyat və infrastruktur nazirliyi həmçinin məlumat verib ki, Türkiyənin neft emalı zavodlarına gələn, lakin sığorta şirkətləri təsdiq məktubu təqdim etməyən gəmilərə münasibətdə ictimai rifahın və Ankaranın maraqlarını nəzərə almaqla lazımi iş aparılır. Bu zaman yaxın zamanlarda bu gəmilərə başqa praltika tətbiq ediləcək.
 
Mərmərə dənizindən çıxmaq planı
 
"Həmçinin bizim ərazi sularımızdan xam neft yüklənən, Mərmərə dənizində Dardanel boğazından keçmək üçün qaydaların qüvvəyə minməsi məqamından dayanan və təsdiq məktublarını təqdim edə bilməyən gəmilərin heç bir risklər yaratmaması üçün plan işlənib hazırlanır.
 
Digər tərəfdən, nəzərdən keçirilən variantlar sırasında gəmi sahibləri P&I-nin Türkiyə boğazlarında olduğu zamanı ödəyə bilən yeni siyasətini təklif edə bilər", - bəyanatda deyilir

Tarix: 9-12-2022, 22:14
Xəbəri paylaş





Xəbər lenti