Hindistanın baş naziri Putinlə zirvə görüşünü LƏĞV ETDİ


 
Ənənəvi Rusiya-Hindistan sammiti bu il baş tutmayacaq.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Hindistanın baş naziri Narendra Modi prezident Vladimir Putinlə dekabrda baş tutmalı olan təkbətək görüşü ləğv edib.
“Bloomberg”in məlumatına əsasən, Hindistanın baş nazirinin qərarı Ukraynadakı müharibə, xüsusən də Rusiyanın nüvə silahından istifadə ilə bağlı hədələri ilə bağlıdır.
Rusiya-Hindistan sammiti 2000-ci illərin əvvəllərindən bəri hər il keçirilir və yalnız bir dəfə, 2020-ci ildə COVID-19 pandemiyası zamanı ləğv edilib. Putin ötən ilin dekabrında Modi ilə görüşmək üçün Hindistana səfər edib, bu, pandemiyanın başlanmasından sonra onun MDB-dən kənara ilk səfəri olub.
Ekspertlərin bildirdiyinə görə, sammitin ləğvinin özü Dehli ilə Moskva arasında münasibətlərin pisləşməsi demək deyil, lakin onların fikrincə, N.Modi hazırda Rusiya prezidenti ilə görüşün ona fayda verməyəcəyinə inanır.
“Bloomberg” adının çəkilməsini istəməyən bir Rusiya rəsmisinə istinadla sammitin baş tutmayacağının hələ sentyabr ayında bəlli olduğunu xəbər edib. Özbəkistanda keçirilən ŞƏT sammitində Narendra Modi Putinə indiki dövrün “müharibə dövrü olmadığını” söyləyib və birbaşa onu Ukrayna ilə sülh axtarmağa çağırıb.
Hər iki ölkənin rəsmi nümayəndələri bununla bağlı şərh verməyiblər.
Tarix: 9-12-2022, 22:24
Xəbəri paylaş





Xəbər lenti