"Kişilər xaricə buraxılmır..."


"Belarusda hər kəsə nəzarət edilir, bütün kişilər uçota durmalıdır, ölkəni tərk etməyə cəhd edənlər saxlanılır..."
 

"Belarusa Rusiyadan eşelonlarla səfərbər edilənlər gəlib və hərbi poliqonlarda yerləşdirilib..."
 
Hərbi ekspert Belarusda səfərbərliyin başlanmasından danışıb...
 
Britaniya ordusunun istefada olan polkovniki, hərbi ekspert Qlen Qrant bəyan edib ki, Belarusda səfərbərlik başlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın "УНИАН" nəşri məlumat yayıb.
 
"Kreml faktiki olaraq Belarusda səfərbərliyin müəyyən formasını və ya səfərbərliköncəki hazırlıq həyata keçirir.
 
Hazırda orada hər kəsə nəzarət edilir. Bütün kişilər uçota durmalıdır, ölkəni tərk etməyə cəhd edənlər saxlanılır. 
 
Belarusda müharibəni bu qədər arzu edənlər yoxdur. Cəbhəyə gedən rusiyslıların çoxu döyüşlərdə bərkiməyib, yeni gələnlərdir. Onların Rusiyadan gətirə biləcəkləri daha çox səfərbər edilənlərdir.
 
Yəni daha bir döyüş olacaq, Ukraynaya qarşı, sadəcə, top yemi göndərilir. Mən böyük koordibasiya edilən döyüş gözləmirəm", - Qrant "Espresso" telekanalının efirində deyib.
 
Hərbi ekspertin sözlərinə görə, Belarus Rusiyaya döyüş sursatları və avadanlıq göndərir, bunlar, çətin ki, geri qayıtsın. Artıq çoxu, xüsusilə döyüş sursatları istifadə və məhv edilib.
 
"Belarusların arxasında logistik məkan zəifdir. Onlar hücum edə bilər və bu, USQ üçün qoşunların sayı baxımından problem olacaq.
 
Onların hücum edə biləcəyi yerlər kifayət qədər dardır və yaxşı müdafiə oluna bilər. 
 
Kiyevdə, belaruslardan fərqli olaraq, döyüşdə olan insanlar daha çoxdur, bu, ilk döyüş olmayacaq. Bu, say deyil, keyfiyyət problemidir. Hərçənd, biz bilirik ki, miqdarın da öz gücü var", - Qrant vurğulayıb.
 
Belarus ordusuna hərbi təlimlər keçirmək üçün  əmr verilib. Bu, Ukraynanı qorxutmaq metoduna bənzəyir və bu təlimlər artıq neçə həftədirdir davam edir.
 
Belarus öz ərazisində Rusiyada səfərbər olunanları eşelonlarla qəbul edir. Belarus Respublikasına 10 mindən artıq raşist gəlib və orada hərbi poliqonlarda yerləşib.
Tarix: 11-12-2022, 11:08
Xəbəri paylaş





Xəbər lenti