Yüksək rütbəli "kadırovçular"ın olduğu baza vuruldu - Video


Dekabrın 10-da axşam saatlarında Ukrayna əsgərləri Melitopoldakı “Ovçuların dayanacağı” bazasına HİMARS-larla zərbələr endiriblər.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, sözügedn baza "kadırovçu" qüvvələrə məxsus olub.
“Bazada genişmiqyaslı yanğın başlayıb, işğalçılar dağıntılar altında qalıblar. Ruslar dərhal bildiriblər ki, mülki vətəndaşlar guya müəssisədə dincəlirlər, lakin zərbələr komendant saatı zamanı baş verib”, - nəşrin məlumatında bildirilir.
Xeyli sayda ölü və yaralının olduğu qeyd edilir:
“İşğalçıların itkilərinin miqyasını artıq şəhərin hər yerindən, hətta ən ucqar məhəllələrdən hadisə yerinə təcili yardım çağırmaları da sübut edə bilər. Melitopol xəstəxanalarında yer olmadığı üçün qurbanlar dərhal Krıma aparılıb”.
Məlumata görə “Ovçu dayanacağı” bazasında adi "kadırovçular" deyil, ali hərbi rütbəlilər olub:
"Rus işğalçılarının "Ovçu dayanacağı” istirahət mərkəzində məskunlaşdıqları dəqiq məlumdur. Onlar dincəlib, əylənib, restoranda yemək yeyib, saunada dincəliblər. Aydındır ki, sadə əsgərlərə belə dəbdəbəli şəraitdə heç kim sığınacaq verməzdi”.

Tarix: 11-12-2022, 15:50
Xəbəri paylaş





Xəbər lenti