Ukrayna aviasiyası bu gün ərzində Rusiya qoşunlarının şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə beş zərbə endirib.
Yeniavaz.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, raket qoşunları və artilleriya bölmələri eyni vaxtda 7 komanda məntəqəsinə, şəxsi heyətin cəmləşdiyi 10 əraziyə, rusların artilleriya və sursatlarının cəmləşdiyi əraziyə zərbələr endirib.
Gün ərzində Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri 380 düşmən əsgərini məhv edib. Onlar həmçinin düşmənin 20-dən çox müxtəlif texnikasını məhv ediblər.