Rusiya 40 illik silahlardan istifadə etməyə məcburdur - "Reuters"


Rusiya 40 illik silahlardan istifadə etməyə məcburdur - "Reuters"

2023-cü ilin əvvəlinə qədər Rusiya xarici təchizatçılara və ya köhnə ehtiyatlara müraciət etməsə, istismara yararlı sursat ehtiyatları tükənə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyinə Amerika Birləşmiş Ştatlarının yüksək rütbəli hərbi nümayəndəsi bildirib.
Onun sözlərinə görə, indi Rusiya Federasiyasının ordusu yüksək uğursuzluq dərəcəsinə malik köhnə sursatlardan istifadə edir: “Onlar köhnəlmiş - ehtiyat döyüş sursatları istifadə edirlər. Onlar hətta 40 il əvvəl istehsal olunmuş sursatdan istifadə etməyə məcburdurlar”, - deyə adının açıqlanmasını istəməyən məmur bildirib.
Onun fikrincə, gələn ilin əvvəlinə qədər Rusiya istismara yararlı sursat ehtiyatlarını tamamilə istifadə edə bilər. Hərbi nümayəndə köhnə ehtiyatlardan istifadənin risklə dolu olduğunu da vurğulayıb. “Başqa sözlə, siz sursat yükləyirsiniz, onun partlamasına ümid edirsiz. Amma özünüz də bilirsiz ki, etimal imkansıza yaxındır”, - deyə o əlavə edib.
Noyabrın əvvəlində Ağ Ev Şimali Koreyanın gizli şəkildə Rusiya Federasiyasına xeyli miqdarda sursat tədarük etdiyini açıqlamışdı. Bundan əlavə, KİV-də Şimali Koreyanın rus əsgərləri üçün forma tikməsi ilə bağlı məlumatlar yayılıb.
Noyabrın 5-də məlum olub ki, bir neçə ildən sonra ilk dəfə Şimali Koreyadan Rusiyaya qatar gəlib.
Bildiyiniz kimi, Rusiya bundan əvvəl İrandan “Şahed-136” və “Mohajer-6” kamikadze dronları alıb. İran hakimiyyəti bunu uzun müddət etiraf etməsə də, payızda PUA-nı Rusiya Federasiyasına satdıqlarını etiraf etdilər. Onların sözlərinə görə, çatdırılmalar genişmiqyaslı müharibənin başlamasına bir neçə ay qalmış baş tutub.
Bundan əvvəl media İranın Rusiyaya minə yaxın əlavə silah, o cümlədən hücum pilotsuz təyyarələri və ballistik raketlər göndərməyə hazırlaşdığını yazmışdı.
Tarix: 13-12-2022, 09:01
Xəbəri paylaş





Xəbər lenti