Total dostluq: Rusiya və İran birgə təyyarə və helikopter istehsal etməyi planlaşdırır...

Total dostluq: Rusiya və İran birgə təyyarə və helikopter istehsal etməyi planlaşdırır...
"Moskva və Tehran tezliklə hərtərəfli əməkdaşlıq haqqında uzunmüddətli müqavilə imzalayacaq..."
İranın Fars körfəzində yerləşən Kiş adasında 11-ci beynəlxalq aviasiya sərgisi açılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
 
Sərgidə İranın 80 və Rusiya, Çin və Efiopiyadan 10 xarici şirkətləri aviasiya sənayesi sahəsində son nailiyyətlərini təqdim edib.
 
Aviasalonun açılış mərasimində çıxış edərək, İranın mədən sənayesi və ticarət nazirinin müavini Manuçehr Mantegi bəyan edib ki, İran və Rusiya aviasiya sahəsində əməkdaşlıq məsələsini nəzərdən keçirir və hazırda təyyarələr, helikopterlər, habelə avianəqliyyatın texniki xidmətinin təşkili üzrə birgə layihələrin müzakirəsi gedir.
 
"11-ci İran beynəlxalq aviasalonda Rusiyanın aviaistehsalçıları İttifaqı tərəfindən 100-150 adamlıq tutumu olan təyyarələr, habelə 70-100 adamlıq təyyarələr və Ka-226 helikopterlərin İranda layihələşdirilməsi və istehsalı sahəsində əməkdaşlıq müzakirə edilir", - Mangeti məlumat verib.
 
İran aviasalonunun işi dekabrın 16-dək davam edəcək.
 
Xatırladaq ki, dekabrın 7-də İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib ki, Moskva və Tehran tezliklə hərtərəfli əməkdaşlıq haqqında uzunmüddətli müqavilə imzalayacaq.
Tarix: 14-12-2022, 08:51
Xəbəri paylaş





Xəbər lenti