Molla rejimindən ABŞ-a SƏRT MESAJ: Yalançı, terrorçu...


 

“Düşmən uğursuzluğa düçar oldu”

İran prezidenti İbrahim Rəisi Cənubi Xorasan vilayətinin Bircənd şəhərində xalq qarşısında çıxış edib.
Musavat.com xəbər verir ki, ölkədəki rejim əleyhinə nümayişləri dəyərləndirən Rəisi etirazların bitdiyini, İrana qarşı sui-qəsdin darmadağın edildiyini bildirib.
Ölkədə Məhsa Əmininin ölümündən sonra başlayan nümayişləri “düşmənin sui-qəsdi” adlandıran İran lideri deyib:
“Düşmən keçmişdə olduğu kimi bu dəfə də səhv hesablayıb və İranın sui-qəsdində uğursuzluğa düçar olub. Biz heç vaxt ölkəmizin inkişafını  dayandırmayacağıq. Ölkədə qiyamın uğursuzluğa düçar olmasının səbəbi xalqın dövlətə dəstəyi və sədaqətidir. İran xalqı inqilabın əsas prinsiplərini qorumaq üçün küçələrə çıxaraq müqavimət göstərdi".
ABŞ-ın Əfqanıstan və İraqı işğal etməsini misal gətirən Rəisi Qərb dövlətlərinin azadlıq və həyat şüarları ilə başqa ölkələrə demokratiya gətirmədiyini, əksinə, başqa xalqların yaşamaq azadlığını əlindən aldıqlarını bildirib.
"Millətimiz sizin yalanlarınıza aldanmayacaq. Biz yaxşı bilirik ki, "İŞİD terror təşkilatını qurduq" deyən bir dövlət başqa xalqlara azadlıq və həyat təklif etməyəcək. Siz ölkədə terror aktı törədənlərsiniz" - o deyib.
Tarix: 17-12-2022, 21:34
Xəbəri paylaş





Xəbər lenti