XİN: Rusiyaya qarşı yeni sanksiyalar Avropa Birliyinin özünə zərər verəcək


XİN: Rusiyaya qarşı yeni sanksiyalar Avropa Birliyinin özünə zərər verəcəkMariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar “paketi” Aİ-nin özü üçün mənfi nəticələrə səbəb olacaq.

Bizimyol.info xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin nümayəndəsi idarənin saytında yerləşdirilən şərhində qeyd edib.
“Hazırkı “paket” bütün əvvəlkilərlə eyni effekti verəcək – Avropa İttifaqının özündə sosial-iqtisadi problemlərin kəskinləşməsi maşahidə ediləcək. Əslində bu sanksiyalarla Avropa özünü də buxovlayır”, - deyə o qeyd edib.
Daha dörd Rusiya KİV-inin Aİ-yə üzv ölkələrin ərazisində yayımına qoyulan qadağaya toxunan Zaxarova qeyd edib ki, bu, Aİ sakinlərinin informasiya əldə etmək hüququnu daha da pozulmasına xidmət edən qərardır.
"Biz bir sıra Avropa İttifaqına üzv dövlətlərin Rusiyanın ərzaq və gübrə ixracatçılarının maraqlarına uyğun olaraq sanksiyalar rejiminə müəyyən istisnalar təqdim etmək imkanını nəzərdə tutan yeni “sanksiyalar paketi”nin müddəalarına diqqət çəkdik. Bu addım, əslində, Avropa İttifaqının açıq-aşkar etirafıdır - onun məhdudlaşdırıcı tədbirləri uzun müddətdir ki, dünyanın ərzaq təhlükəsizliyinə xələl gətirir, çünki onlar Rusiyanın aqrar-sənaye kompleksinə qarşı yönəlib və kənd təsərrüfatı məhsullarımızın üçüncü ölkələrə davamlı ixracına ciddi maneələr yaradır", - XİN rəsmisi Zaxarova şərhində deyir.
“Əgər Brüssel ərzaq təhlükəsizliyinə ciddi yanaşarsa, bu cür addımlar kosmetik yox, hərtərəfli olmalı və taxıl, gübrə, xammal tədarükünə birbaşa və ya dolayısı ilə istehsala təsir edən bütün məhdudlaşdırıcı tədbirlərin qanuni olaraq sanksiyalar paketindən çıxarılmasını nəzərdə tutmalıdır", - deyə mesajda qeyd edilir.
Tarix: 17-12-2022, 22:52
Xəbəri paylaş





Xəbər lenti