Rusiyanın Belqorod vilayəti atəş altına düşüb, qurbanlar və dağıntılar var...

Rusiyanın Belqorod vilayəti atəş altına düşüb, qurbanlar və dağıntılar var...
"Bu evdə iki uşaq möcüzə nəticəsində zərər çəkməyib. Mərminin düşməsi nəticəsində onlar episentrdə olub. Allah saxlayıb!.."
 

"Quşçuluq fabrikinin tikintisinə gələn Tambov sakini həlak olub..."
 
Rusiyanın Belqorod vilayətində dekabrın 18-də atəş nəticəsində bir nəfər həlak olub, səkkiz nəfər zərər çəkib.
 
Yaşayış binaları, quşçuluq fabriki və şəxsi avtomobillər zədələnnib. Bu barədə yerli KİV-lər yazır. Məlumatı "Ukrinform" nəşri yayıb.
 
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib ki, bütün zədələnmələr HHM işi nəticəsində baş verib.
 
"Bir kişi  belindən qəlpə yarası alıb, bir qadının sifəti zədələnib. Bu evdə iki uşaq möcüzə nəticəsində zərər çəkməyib. Mərminin düşməsi zamanı onlar episentrdə olub. Allah saxlayıb.
 
Zərərçəkənlərə tibbi yardım göstərilir. Luç mikrorayonunda dörd çoxmənzilli binada şüşələr zədələnib. Özəl sektorda, ilkin məlumata görə, 14 yaşayış binasında və 8 avtomobildə müxtəlif zədələnmələr var.
 
Bütün operativ xidmətlər yerindədir. Evlərin müayinələri davam edir", - Qladkov Telegram-kanalında yazıb.
 
O, dəqiqləşdirib ki, "Yasnıye zori" quşçuluq fabrikinin tikintisində işləmək üçün gələn Tambov sakini həlak olub.
 
Sonradan Belqorod sakinləri atəşlər barədə sms-məlumatlar alaraq sığınacaqlarda gizlənib.
 
Yerli sakinlər tikilən quşçuluq fabrikindən dağıntıların videokadrlarını göndərib. 
 
Onlar iddia edib ki, mərmilər Ukrayna tərəfindən atılıb.
Tarix: 19-12-2022, 08:26
Xəbəri paylaş





Xəbər lenti