"S-400" və "İskander" döyüş növbəsinə gətirilib" - Lukaşenko


"S-400" və "İskander" döyüş növbəsinə gətirilib" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın “S-400” və “İskander” raket sistemlərinin artıq ölkədə döyüş növbəsinə gətirildiyini bildirib.
Siam.az “Unikal”-a isyinadla xəbər verir ki, bu barədə dövlət başçısı rusiyalı həmkarı Vladimir Putinlə görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.
“Bu gün biz sizin Belarusa təhvil verdiyiniz S-400 sistemlərini, ən əsası isə altı ay əvvəl bizə təhvil verdiyiniz “İskander” kompleksini döyüş növbəsinə qoyuruq”, – Belarus lideri söyləyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Belarusun paytaxtı Minskdə birgünlük işgüzar səfərdədir.
Tarix: 20-12-2022, 08:15
Xəbəri paylaş





Xəbər lenti