Rusiyanın iri qaz kəmərində dəhşətli partlayış baş verib

Rusiyanın iri qaz kəmərində dəhşətli partlayış baş verib
"Hadisə yerində havanın hərarəti o qədər yüksək olub ki, sakinlər evlərinə yaxınlaşa bilməyib..."
 "2019-cu ilin martından Böyük Urenqoy yataqlarından 7 trilyon kub metr təbii qaz çıxarılıb..."
 
Çuvaşiyanın (Rusiya) Vurnar rayonunda, Kalinino və Yambaxtino kəndləri arasında "Urenqoy-Pomarı-Ujqorod" magistral qaz kəmərində  partlayış baş verib. Bundan sonra güclü yanğın müşahidə edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə SİTA informasiya agenyliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, hadisə yerinə FHN əməkdaşları yollanıb.
 
Partlayış nəticəsində üç nəfər həlak olub, bir nəfər zərər çəkib. İlkin səbəb kimi qaz sızması göstərilir.
 
Yerli sakinlər deyib ki, hadisə yerində havanın hərarəti o qədər yüksək olub ki, onlar evlərinə yaxınlaşa bilməyib. 
 
Hadisənin şahidləri sosial şəbəkələrdə alovu əks edən kadrları dərc edir.
 
"Utenqoy-Pomarı-Ujqorod" 1983-cü ildə SSRİ-də Qərbi Sibirin şimal yataqlarından qazı Mərkəzi və Qərbi Avropa ölkələrinə tədarük etmək üçün tikilən magistral qaz kəməridir.
 
Urenqoy neftkondensat yatağı dünyada ən iri yatsalarındandır.
 
O, təkcə ehtiyatları ilə deyil, həm də ölçülərinə görə nəhəngdir. 
 
Cənubdan şimala uzunluğu 220 km, ümumi sahəsi 6 min kv km-dən artıqdır.
 
2019-cu ilin martından Böyük Urenqoy yataqlardan 7 trilyon kub metr təbii qaz çıxarılıb.
Tarix: 20-12-2022, 21:10
Xəbəri paylaş





Xəbər lenti