İran çıxılmaz durumda - gəmilər hərəkətsiz qalıb


Qərbin İrana tətbiq etdiyi sanksiyalar səbəbindən ödəniş probleminin yaranmasına görə taxıl və şəkərlə yüklənmiş ən azı 40 yük gəmisi İran sahillərində dayanıb.
Siam.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, İranın nüvə proqramı ilə əlaqədar Qərb dövlətlərinin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar ərzaq məhsullarına tətbiq olunmasa da, İranın maliyyə sisteminə qoyulan məhdudiyyətlər beynəlxalq şirkətlərlə hesablaşmalarda ciddi və mürəkkəb problemlər yaradıb.
“Refinitiv” şirkətinin logistik məlumatlarına görə, bu səbəbdən ən azı 40 gəmi Fars körfəzinin şimal-qərb hissəsində yerləşən İmam Xomeyni və cənub hissəsindəki Bəndər Abbas limanı yaxınlığında hərəkətsiz qalıb.
Xatırladaq ki, İranın Limanlar və Dənizçilik Təşkilatının noyabr hesabatında İmam Xomeyni limanında sənədlər və sabit valyutada ödənişlərlə bağlı problemlər səbəbi ilə 2.2 milyon ton yük daşıyan 37 gəminin boşaldıla bilmədiyi qeyd olunub.
Tarix: 21-12-2022, 21:57
Xəbəri paylaş





Xəbər lenti