"Şəbəkələr 1990-cı ilə dönəcək" - Rusiyalıları mobil rabitə kollapsı gözləyir...


"Bütün bunlar internetin zəifləməsi, rabitədə çoxsaylı fasilələr və birləşmənin itməsinə gətirib çıxaracaq..."
Rusiyalılar telekommunikasiya istehsalçılarının gedişindən sonra mobil rabitənin xeyli pisləşməsilə üzləşəcəklər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agengliyi məlumat yayıb.
 
"Nokia" və "Erikson" bu ilin sonunda sanksiyaların bütün istisnalar müddəti bitəndən sonra Rusiyanı tərk edəcək.
 
Ölkədə mobil rabitənin baza stansiyalarının təxminən yarısı onların payına düşür.  
 
Beləliklə, gələn ildən Rusiya təkcə həm avadanlıqsız qalacaq, həm də artıq quraşdırılan proqram təminatını yeniləmək və düzəltmək imkanını itirəcək. 
 
Həmçinin sıradan çıxan şəbəkələrin təmiri ilə bağll problemlər yaranacaq.
 
Çinin "Huavey" telekommunikasiya avadanlığının istehsalçısına gəldikdə, o, proqram təminatının yenilənməsini təqdim edəcək və texniki xidmət üzrə işlər aparacaq.
 
Lakin vəziyyətlə tanış olan mənbələrə görə, bu şirkət Rusiyaya yeni avadanlığın satışını dayandırıb, agentlik yazıb.
 
Bir neçə ekspert deyib ki, bu, internetin zəifləməsi, rabitədə çoxsaylı fasilələr, birləşmənin olmamasına gətirib çıxaracaq. 
 
Vəziyyət uzanarsa, Rusiyanın mobil rabitəsi 1990-cı illərin sonlarının vəziyyətinə dönə bilər, o zaman mobil rabitə yalnız iri şəhərlərdə və ən zəngin şəhərətrafında mümkün olub.
Tarix: 22-12-2022, 08:34
Xəbəri paylaş





Xəbər lenti