Stoltenberq: Rusiya münaqişənin dondurulmasından Ukraynaya yeni hücum üçün istifadə edir


 
Rusiya Federasiyası geri çəkilmək niyyətində deyil və Ukraynadakı aktiv hərbi əməliyyatlardakı müvəqqəti sakitlikdən yeni hücum üçün istifadə edəcək.
APA-nın “Financial Times”a istinadən verdiyi xəbərə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Onun fikrincə, Rusiya tərəfi öz silahlı qüvvələrinə yenidən qruplaşmaq, yenidən silahlandırmaq və yeni hücuma keçmək imkanı vermək üçün münaqişəni dondurmaq istəyir.
“Müharibəyə Putin başladı. O, bu gün Ukraynanı tərk etməklə buna son verə bilər”, - Stoltenberq bildirib.
Tarix: 24-12-2022, 08:33
Xəbəri paylaş





Xəbər lenti