ABŞ səfirliyi əməkdaşlarına İslamabadda otelə getməyi qadağan edib

ABŞ səfirliyi əməkdaşlarına İslamabadda otelə getməyi qadağan edib
ABŞ-ın Pakistandakı səfirliyi “mümkün hücum” xəbərləri ilə əlaqədar öz işçilərinə İslamabaddakı “Marriott” otelinə girişi qadağan edib.
 
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik missiyanın saytında dərc olunmuş məlumatda deyilir.
 
"ABŞ hökuməti naməlum şəxslərin bayram günlərində İslamabaddakı “Marriott” otelində amerikalılara hücum planlaşdıra biləcəyi barədə məlumatdan xəbərdardır. Bu andan səfirlik Amerika (hökuməti-red) əməkdaşlarının “Marriott” otelinə getməsini qadağan edir", - məlumatda deyilir.
 
“Bundan əlavə, İslamabadın təhlükəsizlik məqsədilə qırmızı həyəcan səviyyəsi elan etməsi və bütün kütləvi tədbirləri qadağan etməsi ilə əlaqədar səfirlik bütün diplomatik missiya işçilərini bayram günlərində şəhərə vacib olmayan və qeyri-rəsmi səfərlərdən çəkinməyə çağırır”, - məlumatda bildirilir. Səfirlik həmçinin əməkdaşlarına ayıq-sayıq olmağı və böyük izdihamın olduğu yerlərdən uzaq durmağı tövsiyə edib.
Tarix: 26-12-2022, 08:00
Xəbəri paylaş





Xəbər lenti