Rusiyanın bu şəhəri üzərində odlu kürə göründü...- Ölənlər var...-FOTO+VİDEO

Rusiyanın bu şəhəri üzərində odlu kürə göründü...- Ölənlər var...-FOTO+VİDEO
Bu gecə Rusiyanın Saratov vilayətinin Engels şəhərindəki Ukraynanı bombalayan "Tu-95" bombardmançı təyyarələrinin yerləşdiyi hərbi aerodrom ətrafında hava hücumu xəbərdarlığı səslənib.
 

Yerli sakinlər partlayış səsinin eşidildiyini bildirirlər.

Moderator.az xəbər verir ki, bu barədə "Baza" telegram- kanalı və "İzvestiya" nəşri yazır.
 
Engelsdəki partlayışdan sonra yanğın sahəsi 120 kvadratmetr təşkil edib. İlkin məlumata görə, 3 nəfər ölüb. Daha 4 nəfər xəstəxanaya yerləşdirilib.
Dekabrın 26-na keçən gecə sosial şəbəkələrdə istifadəçilər partlayış səsi eşitdiklərini və Engels üzərində parıltı gördüklərini bildiriblər.
 
Yerli sakin “İzvestiya”ya səmada alov şarının göründüyünü, daha sonra yerə düşdüyünü əks etdirən kadrları yollayıb. Məlumata görə, şəhərdəki aerodromun ərazisi mühasirəyə alınıb, hüquq-mühafizə orqanlarının əməkdaşları yerində işləyir.
 
Xatırladaq ki, dekabrın 5-də də Engels şəhərindəki hərbi aerodroma dron hücumları olmuş və bir neçə "Tu-95" təyyarəsi məhv edilmişdi.

 
Sultan Laçın
Tarix: 26-12-2022, 09:55
Xəbəri paylaş





Xəbər lenti