Ukrayna fevralın sonuna BMT-də “sülh sammiti” keçirmək istəyir



Kuleba: "İstənilən müharibə diplomatiya yolu ilə başa çatır"
Kiyev fevralın sonuna qədər BMT-də “sülh sammiti” keçirmək niyyətindədir. 
Siam.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çıxış edib
 
Nazir BMT-nin baş katibi Antonio Quterreşin bu tədbirdə iştirak edəcəyinə ümid etdiyini bildirib.
“İstənilən müharibə diplomatiya yolu ilə başa çatır”, - deyə Kuleba vurğulayıb.
O, belə sammitin keçirilməsində BMT-nin neytral təşkilat olduğuna diqqət çəkib.
Tarix: 27-12-2022, 08:48
Xəbəri paylaş





Xəbər lenti