Rusiya Ermənistanı Azərbaycana dəhliz verməyə məcbur edir

Ermənistanın strateji müttəfiq Rusiya Yerevanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, həmçinin formalaşmaqda olan Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur edir. Bunu Ermənistan hakimiyyəti ilk dəfə yüksək səviyyədə dilə gətirib.
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 26-da axşam İctimai televiziyanın efirində bu haqda danışıb. Onun sözlərinə görə, Azərbaycanın sentyabrın 13-də Ermənistanın suveren ərazisinə girməsi, həmçinin Laçın dəhlizinin bağlanması Rusiyanın Ermənistana təzyiqi çərçivəsində baş verir. Qriqoryan deyib ki, son vaxtlar Ermənistan-Rusiya münasibətlərindəki böhranın səbəbi də məhz budur.
Azərbaycan sentyabrdakı sərhəd toqquşmaları nəticəsində Ermənistan ərazisinə girməsi haqda ittihamları rədd edir, sərhədlərin delimitasiya olunmadığını əsas gətirir.
Qriqoyan bildirib ki, Ermənistan öz ərazisindən yolun verilməsinə müqavimət göstərməyə davam edir. “Dəqiq deyə bilərəm ki, 13 sentyabr eskalasiyası da bununla bağlı olub, bütün böhranın əsası və motivi də bundadır”, – deyən Qriqoryan Laçın dəhlizindəki aksiyanın da, bütün təzyiqin məhz koridor məsələsi ilə bağlı olduğunu vurğulayıb.

İttifaq dövləti

Qriqoryanın sözlərinə görə, Ermənistan İttifaq dövlətinə qoşulmağa da müqavimət göstərir və cavabında hərbi təzyiqlə üzləşir. O qeyd edib ki, konstitusiyaya uyğun olaraq, Ermənistan suveren dövlətdir, suverenliyin qorunması indiki hökumətin missiyasıdır.
“İttifaq dövlətinə gəlincə, Ermənistana təzyiq buradan qaynaqlanır. Hər dəfə erməni demokratiyası və demokratik sistemi buna müqavimət göstərəndə, hərbi güc daxil olmaqla digər təzyiq formaları ilə üzləşir”, – Qriqoryan bildirib.
Moskva və Minsk İttifaq Dövləti müqaviləsini 1999-cu ildə imzalayıblar. Ötən ilin noyabrında isə iki lideri İttifaq Dövlətinin Ali Şurasının iclasında “28 inteqrasiya proqramına” dair razılaşmaya imza atıblar.
Azadlıq radiosu
Tarix: 27-12-2022, 22:55
Xəbəri paylaş





Xəbər lenti