Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib

Kosovonun şimalında barrikadaların sayı artırılıb. Son həftələrdə Kosovonun alban tərkibli hökuməti ilə etnik serb icması arasında gərginlik davam edir.
Kosova polisi dekabrın 27-də AzadlıqRadiosuna deyib ki, Mitrovitsa və Zveçanda iki yeni barrikada peyda olub:
“Ölkənin şimalında gecə ərzində kriminal şəxs və ya şəxslər ağır maşınlarla yolu bağlayaraq hərəkətin azadlığını əngəlləyiblər”.
Albaniya paytaxtı Tiranadakı Serbiya səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında “Kosovodan əl çəkin, Mitrovitsa bizimdir” kimi şüarlar səslənib.
Tirandakı aksiyaları vətəndaş cəmiyyəti fəalları təşkil ediblər. Onlar Albaniya hökumətindən Serbiya ilə münasibətlər üçün onun qarşısında yeni şərtlər qoymağı və Belqradla bütün razılaşmaları dondurmağı tələb edirlər.
***
Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirmək əmri verib. Bu haqda Müdafiə naziri Miloş Vuçeviç məlumat verib.
“Serbiya Prezidenti Vuçiç ali baş komandan olaraq dünən axşam göstəriş verib ki, Serbiyanın Silahlı Qüvvələri ən yüksək döyüş hazırlığı, yəni silahlı qüvvələrin tətbiqi səviyyəsinə gətirilsin”, – o, Twitter-də yazıb.
Azadlıq radiosu
Tarix: 27-12-2022, 22:56
Xəbəri paylaş





Xəbər lenti